Məşhur hind aktyoru vəfat etdi

Məşhur hind aktyoru vəfat etdi
8 iyun 2020
# 13:11

Hind aktyoru Çirandjivi Şardja ötən gün 39 yaşında ürək tutmasından vəfat edib.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, müasir hind kinosunun məşhur simalarından biri hesab olunan, 20-dən çox filmə çəkilən Şardja daha çox “Amma mən səni sevirəm” filmi ilə tanınıb.

Şardja hind kinosunun ən önəmli simalarından biri olan, qəzəbli rolların mahir ifaçısı aktyor Şakti Prasadın nəvəsi idi.

# 3729 dəfə oxunub

Müəllifin son yazıları

# # #