Məşhur gitara ifaçısı vəfat etdi

Məşhur gitara ifaçısı vəfat etdi
15 avqust 2020
# 10:28

İngiltərəli gitara və rübab ifaçısı, dördqat “Qremmi” mükafatçısı Culian Brim ömrünün 88 yaşında dünyasını dəyişib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ifaçının maraqlarını təmsil edən “James Braun Management” şirkəti məlumat yayıb.

Verilən məlumatda böyük təəssüf hissi ilə bildirilir ki, ingilis klassik gitara və rübab ifaçısı, 1933-cü il təvəllüdlü Culian Brim bu gün, öz evində dünyasını dəyişib.

Culian Brim Londonun Battersi rayonunda dünyaya göz açıb. Atası fortepiano həm də elektro-gitarada caz ifa edirdi. O, oğlunu gitara ilə tanış edəndən sonra Brim artıq 13 yaşında özünün ilk konsertini verir və istedadı sayəsində 15 yaşında ikən gitara və violonçel üzrə Britaniyanın aparıcı musiqi kolleclərinin birinə təqaüd qazanır. Hələ yeniyetmə vaxtlarında Culian Brim rübab alır və dünyada bu alətin tanınmış ifaçısına çevrilir. XX əsrin ən yaxşı gitaraçılarından biri sayılan Culian Brim karyerası boyunca bir çox bəstəkar, musiqiçi və musiqi kollektivlərilə əməkdaşlıq edib. Onlar arasında braziliyalı Eytor Vila-Lobosun orkestri, Benjamin Britten, Arnold Malkolm, Toru Takemitsu, Vilyam Volton, Lennoks Berkli, Xans Verner Xentse və digər bəstəkarların adlarını çəkmək olar.

# 1779 dəfə oxunub

Müəllifin son yazıları

# # #