Məmməd İsmayılın Almaniyada romanı çıxdı

Məmməd İsmayılın Almaniyada romanı çıxdı
18 noyabr 2020
# 15:34

Türkiyədə yaşayan azərbaycanlı şair Məmməd İsmayılın “İz” romanı Almaniyada nəşr olundu.

Kulis.az xəbər verir ki, bu barədə şair özü məlumat verib. O, qeyd edib ki, kitabı yayımlayan nəşriyyat artıq reklamına başlayıb. Oxucular kitabı həmçinin məşhur onlayn satış şirkəti olan Amazondan əldə edə bilər.

Qeyd edək ki, “İz” romanında 1930- cu illərin sonu və İkinci Dünya Müharibəsinin başlanğıcında ucqar bir Azərbaycan kəndində insanların ağrılı dəyişikliyi epik bir mühitdə təsvir edilib. Romandakı obrazlar adi insanlardır. Ancaq ürəklərində min illərin mənəvi irsi var. Bolşevik bəlası, təzyiqlər, qorxular və indi kəndlərə qədər çatan mənəvi məhv günlərimiz Muradın üsyanı, Şəmşəd bəyin əmanəti, Molla Cabbarın qayğıları və qorxuları sadə və aydın bir dildə təsvir olunub.

Gallery

# 1527 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #