Millət vəkili Xalq artisti ilə görüşdü - Foto

Millət vəkili Xalq artisti ilə görüşdü - Foto
14 may 2020
# 13:01

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Xalq artisti Arif Quliyevlə görüşüb.

Kulis.az xəbər verir ki, Qənirə Paşayeva Mədəniyyət komitəsi adından Xalq artistini doğum günü və yubileyi münasibətilə təbrik edib, sənətkara bundan sonrakı yaradıcılıq fəaliyyətində uğurlar diləyib.

Qənirə Paşayeva qeyd edib ki, A.Quliyev Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətləri olan, komediya janrında bir çox unudulmaz obrazlara adını həkk etmiş dəyərli sənətkardır.

Qeyd edək ki, Arif Quliyev 1950-ci il mayın 16-da Şirvan şəhərində anadan olub.

# 2807 dəfə oxunub

Müəllifin son yazıları

# # #