Mədəniyyət naziri gənclər forumunun nümayəndə heyətini qəbul edib

Mədəniyyət naziri gənclər forumunun nümayəndə heyətini qəbul edib
26 may 2021
# 18:57

Mədəniyyət naziri Anar Kərimov İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı beynəlxalq qurum - İslam Əməkdaşlığı Gənclər Forumunun (İƏGF) rəhbəri Taha Ayhanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə İƏGF-ın baş direktoru Rəsul Ömərov, təşkilatın Avrasiya üzrə Regional Mərkəzinin baş direktoru Elməddin Mehdiyev və başqaları daxildir.

Bu gün Şuşada «Xarıbülbül» musiqi festivalı başlayır - VİDEO

"Eurovision-2021” müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxslərin adları açıqlanıb

Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb

A.Kərimov İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan Respublikası arasında sıx əlaqələrin qurulduğunu, bunun İslam həmrəyliyinin təbliğinə və möhkəmləndirilməsinə də zəmin yaratdığını məmnunluqla qeydedib. Müsəlman ölkələrinin gəncləri üçün mədəni inkişafın əhəmiyyətindən söz açan nazir bu məqsədlə birgə fəaliyyətin, İƏT ölkələri gənclərinin əməkdaşlığına yönəlmiş layihələrin vacibliyini vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən İƏGF rəhbəri Taha Ayhan gənclərdən ibarət geniş hədəf kütləsinə xitab edən təşkilatın fəaliyyəti barədə məlumat verib,

Azərbaycanın Mədəniyyət Nazirliyi ilə yaxından əməkdaşlıq etmək niyyətini diqqətə çatdırıb. O, Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Qələbəyə həsr olunan layihələrin, Qarabağ Zəfərinin gənclərin gözü ilə tanıdılması, Qarabağın mədəni irsi, mənəvi dəyərlərinin təbliği ilə bağlı sərgi və digər tədbirlərin, mədəniyyət festivalının keçirilməsi barədə təkliflərini səsləndirib.

Görüşdə Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” və Türkiyədə “Bizim Yunus İli” elan edilməsi ilə əlaqədar qardaş ölkə ilə ortaq mənəvi sərvətimiz hər iki mütəfəkkirin irsinin İslam dünyasında və xüsusilə gənclər arasında daha geniş təbliğinə istiqamətlənən tədbirlərin təşkilinin əhəmiyyəti qeyd edilib.

Birgə dəyərləri təbliğ etmək, qarşılıqlı əlaqələri gücləndirmək üçün səylərini bundan sonra da davam etdirəcəklərini bildirən İƏGF rəhbəri İslam həmrəyliyinə, gənclərin mədəni inkişafına, mənəvi zənginliyinə istiqamətlənən layihələrin reallaşdırılmasına təşkilat tərəfindən məmnuniyyətlə dəstək göstəriləcəyini bildirib.

Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.

# 1599 dəfə oxunub

Müəllifin son yazıları

# # #