Qubada və Şabranda Qəşəm Nəcəfzadə ilə görüş keçirildi

Qubada və Şabranda Qəşəm Nəcəfzadə ilə görüş keçirildi
29 sentyabr 2023
# 00:46

Əməkdar mədəniyyət işçisi, tanınmış şair Qəşəm Nəcəfzadə ilə Quba və Şabran rayonlarında oxucularla görüş keçirilib.

Kulis.az xəbər verir ki, Quba- Xaçmaz rekional Mədəniyyət idarəsi və Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin təşkilatçılığı ilə Quba Mərkəzləşdirilmiş Kitabxanada baş tutan görüşdə tanınmış şair Ramiz Qusarçaylı Qəşəm Nəcəfzadənin həyat və yaradıcılığı haqqında danışıb.

Növbəti gün Qəşəm Nəcəfzadə Şabran rayonunda Xəqani poeziya evində şabranlı oxucularla görüşüb.

Poeziya evinin direktoru Aybəniz Əliyar şair haqqında fikirlərini bölüşüb. Hər iki görüşdə Qəşəm Nəcəfzadə oxucuların çox saylı suallarını cavablandırıb, yeni şeirlərini oxuyub və yeni çapdan çıxan kitablarını onlara hədiyyə edib.

# 1106 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #