Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...

Masaya dağılmış qırmızı şərab - Mehriban Ələkbərzadəyə...
5 avqust 2020
# 18:12

Kulis.az Fuad Cəfərlinin Mehriban Ələkbərzadəyə yazdığı "Masaya dağılmış qırmızı şərab" şeirini təqdim edir.

O, gecə metroda
"Ədəbiyyat qəzeti"nin əlimə çıxan
siyah mizinə baxıb
kömür mədəninin fəhlə arzusunu xatırladım;
"Ən böyük arzum Günəşi görməkdir"...

Kimsə xatırlamaz dünən əsəsən küləyi
pəncərəni qucub azad edən küləyi.
Məndə ki, məndəki odla suyun əməyi.
Əsrlərdi torpaq susur, hava susur,
külək də ki elə pəncərəni qucur.
Məndə ki, məndə ki quyuya daş
atan həmin dəli...

Renesans dövrünün uşaqlarına kimsə demədi ki,
əslində azadlıq relsdən çıxmış bir qatar və ya
insan bətninə gözüyumulu sərinləmək üçün baş vuran güllədi.
Yəni Azadlıq nə kitabda, nə həyatda heç vaxt ayrılıq mənasını verməyib ya da vermədi.
Axı ayrılıq insanların uydurduğu tərzi hərəkətdir...

Belə, əziz ev sahibi,
ilmədən qaçan həyatın ağrısı
masaya dağılmış qırmızı şəraba bənzəyir.
Hər kəs sahil kimi çəkiləndən sonra
bir küncdən sənə gülümsəyir...
Və döşəmən ilk dəfə azdılıq görür.
Unutmamış döşəmə üçün üzr istəyirəm...

# 2466 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #