Azərbaycan Dövlət Tərcümə Mərkəzi məşhur Peru yazıçısı, magik realizm cərəyanının aparıcı simalarından biri, Nobel mükafatı laureatı Mario Varqas Lyosanın “Seçilmiş əsərləri” kitabını nəşr edib.
Kulis.az xəbər verir ki, kitaba müəllifin Nobel nitqi, müsahibəsi, “Polomino Moleronu kim öldürüb” romanı, “Küçüklər”, “Döyüş”, “Kiçik qardaş”, “Müştəri”, “Başçılar”, “Bazar günü” adlı hekayələri daxil edilib.
Əsərlərin Azərbaycan dilinə tərcümə müəllifləri – Saday Budaqlı və Mahir N.Qarayev, redaktoru Nəriman Əbdülrəhmanlı və Aynurə Haqverdiyevadır.