Korona virusu Oskarı da vurdu - Qəti qərar

Korona virusu Oskarı da vurdu - Qəti qərar
30 yanvar 2020
# 11:25

Çinin Vuhan şəhərində meydana çıxan və sürətlə yayılan korona virusu, 92-ci Oskar mükafatlarının təqdimetməmərasiminin televiziya vasitəsi ilə yayımına da təsir göstərdi.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Çin dövlət kanalının səlahiyyətliləri, Oskar mükafatlandırma mərasiminin işıqlandırılması üçün ayrılan televiziya heyəti və müxbirlərin korona virusu səbəbindən evlərindən çıxmayacaqlarını və 9 fevralda keçiriləcək olan mərasimin qırımızı xalı keçidinin televiziyada yayımlanmayacağını açıqlayıb.

Mənbələrin yaydığı məlumata görə, hazırda yayımın planı irəlidəki günlərdə korona virusunun vəziyyətinə görə dəyişə bilər.

Bundan başqa Çin mediya tənzimləyicisi, hazırda ölkədə baş verən tibbi böhranla əlaqəli olaraq, daha çox xəbər verilməsini təmin etmək üçün ölkə miqaysında əyləncəli verilişlərin yayımını azaldacaqlarını da açıqlayıb.

Qeyd edək ki, korona virusu Çinin film sektoruna da öz təsirini göstərib. Belə ki, ölkədə yeni il qabağı alınan karantin qərarı ilə kassaların 1 milyard dollar ziyan etdiyi təxmin edilir.

# 2172 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #