Hollivudun qara siyahısına düşən məşhur aktyor vəfat etdi

Hollivudun qara siyahısına düşən məşhur aktyor vəfat etdi
25 avqust 2020
# 15:28

Kommunizmə rəğbət bəsləməkdə ittiham olunaraq Hollivudda qara siyahıya salınan amerikalı aktyor Allan Riç vəfat etdi.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, əsl adı Benjamin Şultz olan Allan Riç 94 yaşında Nyu Çersindəki evində dünyasını dəyişib.

Qeyd edək ki, Riç 1926-cı ildə Nyu-Yorkda anadan olub, 1943-cü ildə Brodvayda filmlərə çəkilməyə başlayıb. 1953- cü ildə kommunist elan edilən Riçin aktyorluq kariyerası başa çatıb. On il sonra yenidən ekranlara qayıdan aktyor Sidni Lyumetanın “Serpico”, Karel Reyşanın “The Qambler”, Frensis Ford Koppolanın “Cek” və Emi Amy Holden Consun “Varlı adamın arvadı” kimi filmlərdə rol alıb.

# 1569 dəfə oxunub

Müəllifin son yazıları

# # #