Heminqueyin naməlum hekayəsi çap olundu

Heminqueyin naməlum hekayəsi çap olundu
4 iyun 2020
# 18:45

Ernest Heminqueyin əvvəllər məlum olmayan hekayəsi “New Yorker” jurnalında çap edilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hekayə “Xoşbəxtliyə bənzəyən təqib” (“Pursuit As Happiness”) adlanır.

Hekayədə baş qəhrəman Ernest Heminquey dostları ilə birlikdə nəhəng marlin balığı tutmağa çalışır. Əsərin süjeti müəllifin məşhur “Qoca və dəniz” əsəri ilə oxşardır.

Əlyazmanı yazıçının nəvəsi Şon Heminquey Bostonda yerləşən Con F. Kenndi adına Muzeyin kitabxanasında tapıb.

Qeyd edək ki, Amerika yazıçısı Ernest Heminquey 1954-cü ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

# 1641 dəfə oxunub

Müəllifin son yazıları

# # #