Gənc yazar romanını Kulisə təqdim etdi - Fotolar

Gənc yazar romanını Kulisə təqdim etdi - Fotolar
15 may 2020
# 13:42

Gənc yazar Şamxal Həsənov “Səs və ya Qırmızı” romanını Kulis.aza təqdim etdi.

Çağdaş nəsr prinsiplərinə uyğun olaraq şüuraxını və daxili monoloq fəndləri ilə qələmə alınan roman hisslərin dərinliklərinə və incəliklərinə varır. Hadisələr ata, oğul və ana üçbucağında cərəyan edir və əhvalatları hər dəfə obrazın biri danışır.

“Qanun” Nəşrlər Evində çap olunan roman hazırda fransız dilinə çevrilir və yaxın aylarda Strasburqda fəaliyyət göstərən “Kəpəz” nəşriyyatında nəşr edilməsi nəzərdə tutulur.

Kitabın ədəbi ictimaiyyət və oxucular tərəfindən maraqla qarşılanacağını düşünürük.

Ş.Həsənov ixtisasca hüquqşünasdır. Fransada iki il magistr təhsili alıb.

“Səs və ya Qırmızı” müəllifin ilk irihəcmli əsəridir. İndiyədək onun bir neçə hekayəsi saytımızda yayımlanıb.

# 4265 dəfə oxunub

Müəllifin son yazıları

# # #