Gənc rejissorlar üçün müsabiqə

Gənc rejissorlar üçün müsabiqə
12 may 2020
# 15:39

Lənkəran Dövlət Dram Teatrı müsabiqə yolu ilə rejissorları əməkdaşlığa dəvət edir.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, müsabiqənin keçirilməsində məqsəd koronavirus (COVİD-19) pandemiyası bitdikdən sonra, sənətsevərlərin əhval-ruhiyyəsinə müsbət təsir edən, müasir dövrün tələblərinə cavab verən komediya janrında yazılmış əsəri tamaşaya hazırlamaqdır.

Müsabiqədə əsasən, gənc rejissorların iştirakı nəzərdə tutulub. Təqdim olunan əsərlərin eksplikasiyası daha çox maraq kəsb edən rejissora üstünlük veriləcək.

Dramaturji material və eksplikasiya 1 avqust 2020-ci ilə kimi təqdim olunmalıdır. Tamaşanın hazırlıq prosesi isə cari ilin dördüncü rübü üçün nəzərdə tutulub.

Əlavə məlumat üçün [email protected] e-mail ünvanına, eləcə də (02525) 5-49-73 və (050) 377-19-24 (mobil) telefon nömrələrinə müraciət etmək olar.

# 1504 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #