Dalinin 400 min dollarlıq heykəlləri oğurlandı

Dalinin 400 min dollarlıq heykəlləri oğurlandı
31 yanvar 2020
# 10:22

Məşhur rəssam Salvador Daliyə aid olan bürünc heykəllər oğurlanıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, İsveçin paytaxtı Stokholmda yerləşən sənət qalereyasından Salvador Daliyə aid olan bürünc heykəllərin oğurlandığı haqqında məlumat verilib. Oğruların şəhər mərkəzində yerləşən Kouleur Qalareyasına girərək pəncərəni qırdıqları, sonra isə 10 bürünc heykəli oğurlayaraq gözdən itdiyi bildirilib.

Əsərlərin ümumi dəyərinin üç-dörd milyon İsveç Krounu (təxminən 400 min dollar) olduğu qeyd olunub. Qalereya sahibi Peder Enstrom, oğurluq hadisəsindən səhər saatlarında xəbərdar olduqlarını deyib.

# 1886 dəfə oxunub

Müəllifin son yazıları

# # #