Yazıçı-publisist Mehriban Vəzirin yeni kitabı çapdan çıxıb.
Kulis.az xəbər verir ki, Mehriban Vəzirin "Cümhuriyyət qadınları: xidmətlər, aqibətlər" kitabında Cümhuriyyətimizin quruculuğunda istirak etmiş, cümhuriyyət şüurunun formalaşmasında mühüm rol oynamış, dövrünün görkəmli ictimai xadimləri – Şəfiqə Əfəndizadə, Həmidə xanım Cavanşir, Xədicə Qayıbova, Ummugülsüm, Xədicə xanım Əlibəyova haqqında yazıları toplanıb.
Məqalələrdə bu möhtəşəm qadınların Cümhuriyyət ideyalarına, milli tərəqqiyə xidmətləri və sovet repressiyasının onlara yaşatdığı aqibətlər diqqətə çəkilir. Eləcə də bu böyük xidmətlər qarşılığında hələ də yerinə yetirilməyən ictimai borclarımızdan bəhs edilir.
Kitab yaxın günlərdə satışa çıxarılacaq.