Britaniyalı rəssamın əsəri 9.8 milyon dollara satıldı

Britaniyalı rəssamın əsəri 9.8 milyon dollara satıldı
22 oktyabr 2020
# 16:01

Britaniyalı rəssam Benksinin “Show Me The Monet” əsəri hərracda 9.8 milyon dollara satilıb.

Bu şəkil fransız impressionisti Klod Monenin yaradıcılığına işarə edir. Yapon körpüsü isə Benksinin təbiəti ideal görmək istəyini təsdiq edir ki, buna vaxtilə fransız rəssamın əsərlərində də rast gəlmək olur.

Qeyd edək ki, rəssamın şəxsi həyatı indiyədək sirr olaraq qalır. Yaxın dostlarından başqa heç kim onu nəinki görüb, hətta adını belə eşitməyib. Bir neçə şəkil və video vardır ki, Benksi orada hər zaman üzü bağlı görünür. /azertag.az/

# 1597 dəfə oxunub

Müəllifin son yazıları

# # #