Brilliant Dadaşova Kim Kardaşyanı tərifləyənlərə əsəbiləşdi: "Sizin kimilər..."

Brilliant Dadaşova Kim Kardaşyanı tərifləyənlərə əsəbiləşdi: "Sizin kimilər..."
29 aprel 2020
# 11:47

"Əziz dostlar, öz xalqının nümayəndələrini təhqir edən bu səhifəyə diqqətlə baxın. Üzümü sizə tutub demək istəyirəm ki, kimisə təriflmək istəyirsinizsə, bəhanə axtarmayın".

Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqram səhifəsində yazıb. Müğənni sosial şəbəkədə erməni əsilli dünya ulduzu Kim Kardaşyanın şəklini paylaşıb. "Kimin ombası qədər olmayan Xalq artistlərimiz" sözünü yazan səhifəni tənqid edib:

"Müharibə şəraitində olduğumuz insanlar - sizdən fərqli olaraq öz millətinin nümayəndəsi olan bu qadını heç bir zaman pisləməz. Nə olursa olsun, pisləməz. Siz və sizin kimilər isə öz xalqının tanınmış simalarını alçaltmaq üçün bütün vasitələrdən istifadə etmisiniz: şər, böhtan, uydurma hekayələr və sair. Bilirəm, bu yazıdan sonra üstümə hücumlar daha da artacaq. Amma bilin ki, bura yazdığınız başlıq birbaşa özünüzə yaraşır".

# 1901 dəfə oxunub

Müəllifin son yazıları

# # #