Bakıda məşhur fransız rejissorun filmi nümayiş olunacaq

Bakıda məşhur fransız rejissorun filmi nümayiş olunacaq
25 yanvar 2020
# 12:14

Yanvarın 31-də “Artım” layihə məkanında davam edən “Empirik zaman” rezidensiya sərgisi çərçivəsində “La Jetée” (Uçuş zolağı) filmi nümayiş olunacaq.

Ekran əsəri, məşhur sənədli film rejissoru və film-esse janrının təsisçisi fransız rejissor Kris Marker tərəfindən 1962-ci ildə çəkilib. Xronometrajı 28 dəqiqə olan film Azərbaycan və ingilis dillərində subtitrlərlə göstəriləcək.

Ekran əsərinin izlənilməsində hər kəs iştirak edə bilər.

# 1654 dəfə oxunub

Müəllifin son yazıları

# # #