Dekabrın 8-də Aktyorlar evində Əməkdar artist İntiqam Soltanın və Mehman Piriyevin quruluşunda Arzu Soltanın analara və oğullara ithaf etdiyi “Ballı” tamaşasının premyerası baş tutacaq.
Tamaşa Bakıda keçirilən “2+1” III Eksperimental Teatr Festivalı çərçivəsində nümayiş olunacaq.
Tamaşada rolları Flora Hüseynova, Sənan Fərzəliyev və Toğrul İsabəyli ifa edirlər. /azertag.az/