"Biz hər dəfə Şahbaz adını aşbazla qarışdırırıq deyə, 8 aydır qonorarımızı ala bilmirik".
Kulis.az xəbər verir ki, bu sözləri şair Qismət Rüstəmov öz sosial şəbəkə hesabında yazıb.
O, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlunu tərcümə qonararlarını gecikdirməkdə ittiham edib:
""Qanun" nəşriyyatında yeni qonorar sistemi.
"Qanun" nəşriyyatı milli irsimizə yiyə durmaq, folklorumuzun əbədiyaşar mifoloji məntiqini iş həyatına tətbiq etmək üçün yeni qonorar sistemi yaradıb. Kim hər həftə Şahbaz bəyin paylaşdığı yemək videolarına baxıb bu yanıltmacı deyə bilmirsə, qonorarını ödəmirlər:
"Aşbaz Şahbaz aş asmış, asmışsa da, saz azmış."
Məsələn, biz hər dəfə Şahbaz adını aşbazla qarışdırırıq deyə, 8 aydır qonorarımızı ala bilmirik.
Bu yanıltmacı deyib qonorarını alan tərcüməçi varsa, xahiş eləyirəm, video çəkib şərhə atsın, baxaq, öyrənək".
"8 aydır qonorarımızı ala bilmirik" - Gərək Şahbaz Xuduoğlunun videolarını..

Müəllifin son yazıları

Burjuaziyadan yazan homoseksual yazıçı - Saqan niyə tənqid olunurdu?
13:20
24 sentyabr 2025
"Bu həyatda narazı olan iki adam var, biri Qismət Rüstəmovdur, digəri..." - Şahbaz Xuduoğlu ittihamlara cavab verdi
12:40
24 sentyabr 2025

""Kitab çap olunmayıb" dedi, amma..." - Tərcüməçidən Şahbaz Xuduoğluna ittiham
12:35
24 sentyabr 2025