70 yaşlı aktyor ata oldu

70 yaşlı aktyor ata oldu
22 aprel 2020
# 18:54

Məşhur Amerika aktyoru Riçard Girin oğlu olub.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, aktyorun 36 yaşlı Aleksandra Silvia ilə olan evliliyindən ikinci oğlu dünyaya gəlib.

Ailəsi ilə özünü təcrid günləri yaşayan Riçard Gİrin yeni doğulan övladının adı hələ ki, məlum deyil.

Xatırladaq ki, aktyorun böyük oğlu 2000-ci ildə aktrisa Keri Louelli ilə olan nikahından doğulub.

# 2211 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #