“Qırmızı papaq” tamaşası onlayn nümayiş etdiriləcək

“Qırmızı papaq” tamaşası onlayn nümayiş etdiriləcək
25 noyabr 2020
# 13:15

Noyabrın 28-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün “YouTube” kanalında “Qırmızı papaq” tamaşasını nümayiş etdirəcək.

Kulis.az xəbər verir ki, Şarl Perronun nağılının motivləri əsasında hazırlanan əsərə teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

Rejissor əsərə tam fərqli prizmadan baxmağa çalışıb. Bir saatlıq kukla tamaşası özünün milli üslubda tərtibatı və mahnılarının rəngarəngliyi ilə də seçilir. Belə ki, tamaşada mahnıları Xalq artistləri Gülyaz Məmmədova, Tünzalə Ağayeva, Əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova və başqaları ifa edirlər.

# 1527 dəfə oxunub

Müəllifin son yazıları

# # #