“Mövsümün sonu” filminin nümayişi və müzakirəsi olacaq.
Kulis.az xəbər verir ki, fevralın 21-də saat 19-da rejissor Elmar İmanovun Beynəlxalq Rotterdam Kinofestivalında "ən yaxşı film" nominasiyasında FİPRESSİ-nin (Beynəlxalq Kino Tənqidçiləri Assosiasiyası) mükafatını qazanmış "Mövsümün sonu" filmi Kinematoqrafçılar İttifaqında nümayişi və müzakirəsi olacaq.
Tədbirin moderatoru kinotənqidçi Sevda Sultanova, qonaqlar baş rol ifaçıları Rasim Cəfər və Zülfiyyə Qurbanovadır.