Azərbaycan Dövlət “Yuğ” Teatrında V.Şekspirin “III Riçard” əsərinin motivləri əsasında hazırlanmış “Lənət” tamaşası (B variantı) növbəti dəfə sənət ocağının sosial şəbəkələrdəki hesabları vasitəsilə onlayn nümayiş olunub.
Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış tamaşanın quruluşçu rejissoru Xristo Stoyçev, rejissoru Günay Səttarova, bəstəkarı Xalq artisti Sərdar Fərəcov, quruluşçu rəssamı Olqa Boseva, geyim üzrə rəssamı Səadətxan Ramin, rejissor assistenti Günel Səfərovadır. Pyesi Azərbaycan dilinə teatrın aktyoru Xalq artisti Vidadi Həsənov tərcümə edib.
Səhnə əsərində Oqtay Mehdiyev (Hersoq Qloster, III Riçard), Əməkdar artist Sonaxanım Mikayılova (Marqarita), aktyorlar Vüqar Hacıyev (Riçard), Təranə Ocaqverdiyeva (Kraliça Yelizaveta) və Natəvan Qeybani (Hersoginya York, Riçardın anası, Kölgə) çıxış ediblər.