Növbəti “Jara” festivalı Rusiyada keçiriləcək.
Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, musiqi festivalı ilk dəfə olaraq martın 14-də Soçidəki "Krasnaya Polyana" istirahət mərkəzində keçiriləcək. Rus kurortundan sonra festival Monakoda, Dusseldorfda, Bodrumda, Təl-Əvivdə, Mayamidə keçiriləcək və yenidən Bakıya qayıdacaq.
Təşkilatçılar Soçi dağlarında baş tutacaq festivala 3 mindən çox insanın qoşulacağını güman edirlər.
Xatırladaq ki, “Jara” festivalı 2016-cı ildə Bakıda başlanıb.