“Həyat sonatası” filminin təqdimatı keçirildi

“Həyat sonatası” filminin təqdimatı keçirildi
17 dekabr 2019
# 18:57

Dekabrın 17-də Bakı Musiqi Akademiyasında ARB televiziyası “Aranfilm” Yaradıcılıq Mərkəzinin istehsal etdiyi “Həyat sonatası” filminin təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, film musiqişünas, Azərbaycanın ilk qadın violonçel ifaçısı, Azərbaycanın əməkdar incəsənət xadimi Nəzmiyyə Abbaszadənin yaradıcılığı və pedaqoji fəaliyyətindən bəhs edir.

Gallery

Tədbiri giriş sözü ilə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli açıb.

Daha sonra filmin qəhrəmanı Nəzmiyyə Abbaszadə qonaqlara təşəkkürünü bildirib.

Gallery

Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Yeganə Əbdülməmmədova, operatorları Əminə Həsənli və Anar Seyidov, montajçısı Pərviz Səlimov, filmin direktoru Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.

Gallery

# 3211 dəfə oxunub

Müəllifin son yazıları

# # #