“Çernobıl. Uçurum” filminin treyleri yayımlandı - Video

“Çernobıl. Uçurum” filminin treyleri yayımlandı - Video
24 iyun 2020
# 14:01

Uzun zamandan bəri gözlənilən “Çernobıl. Uçurum” filminin treyleri yayımlandı.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, filmin rejissoru Danila Kozlovskiy həm də filmdə baş qəhrəmanı canlandırır.

Filmdə Çernobıl elektrik stansiyasında baş vermiş partlayışın miqyası, Pripyat sakinlərinin kütləvi şəkildə evlərini tərk etmələri və digər tarixi faktlar təsvir olunub.

“Çernobıl. Uçurum” adlı ekran əsərində Oksana Akinşina, Filipp Avdeev, Ravşana Kurkova, Nikolay Kozak kimi məşhur aktyorlar da iştirak edirlər.

Çəkilişləri 2019-cu ildən başlayan filmin nümayişi bu ilin payızına planlaşdırılır.

# 2381 dəfə oxunub

Müəllifin son yazıları

# # #