"Bu günün rəssamı" layihəsinə start verildi

"Bu günün rəssamı" layihəsinə start verildi
11 yanvar 2021
# 18:55

Heydər Əliyev Sarayının təşəbbüsü və təşkilatçılığı ilə “Bu günün rəssamı” layihəsinə start verilib.

Kulis.az xəbər verir ki, layihənin ideya müəllifi Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovun əsas məqsədi vətənpərvərliyin tablolarda tərənnüm olunması, gənc və istedadlı rəssamların təbliği və bacarıqlarının inkişaf etdirilməsidir.

Layihənin ilk iştirakçıları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin tələbələri olublar. Gənc rəssamlar yaratdıqları əsərlərdə Vətənə, müzəffər Ordumuza və şanlı Azərbaycan əsgərlərinə olan məhəbbət və sevgilərini ifadə ediblər. Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn əsgərlərimizin, qazilərimizin, bir sözlə şanlı əsgərlərimizin qəhrəmanlıqlarını tablolarında tərənnüm ediblər.

Qeyd edək ki, koronavirus pandemiyası bitdikdən sonra layihə daha geniş miqyasda davam edəcək və layihə çərçivəsində müasir Azərbaycan rəssamlarının sərgiləri nümayiş etdiriləcək.

# 2089 dəfə oxunub

Müəllifin son yazıları

# # #