Beynəlxalq Muğam Mərkəzindən (BMM) birbaşa yayımlanan “Bizi birləşdirən mədəniyyət” layihəsinin növbəti buraxılışı ustad xanəndə, Xalq artisti, professor Arif Babayevin yaradıcılığına həsr olunub.
Muğam Mərkəzindən Kulis.az-a bildirilib ki, verilişdə yazıçı-dramaturq İlqar Fəhmi və Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova xanəndənin yaradıcılığından və muğam sənətinin inkişafına verdiyi töhfələrdən söz açıblar.
Xanəndənin tələbələri Əməkdar artistlər Elnur Zeynalov, Sevinc Sarıyeva, xanəndə Gülay Zeynallı xanəndənin repertuarından muğam və təsniflər təqdim ediblər. İfaçıları Əməkdar artistlər Elçin Həşimov(tar), Elnur Əhmədov (kamança) , Kamran Kərimov (nağara) müşayiət edib.