"Avroviziya" gələn il harda keçiriləcək? - Açıqlama

"Avroviziya" gələn il harda keçiriləcək? - Açıqlama
19 may 2020
# 10:30

"Avroviziya" mahnı müsabiqəsi 2021-ci ildə Rotterdamda keçiriləcək

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa Yayım Birliyi və onun Hollandiya üzvləri məlumat veriblər.

Onlar Avroviziya Mahnı Müsabiqəsinin 2021-ci ildə Rotterdamda Ahoy Arenada keçirilməsinə dair razılaşma əldə olunduğunu elan ediblər.

Avroviziyanın icraçı rəhbəri Martin Osterdal öz açıqlamasında bildirib.

"Biz çox şadıq ki, indi irəliyə doğru hərəkət edə bilərik. Avroviziya yarışmasının növbəti ildə keçirilməsi çox əhəmiyyətlidir. Bizim niderlandlı iştirakçılarımız bu öhdəliyi öz üzərlərinnə götürməklə bu sevimli şounu yenidən bütün dünya tamaşaçılarına qaytarmağı qəbul etdilər".

# 1599 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #