“LİBRAFF”ın təşəbbüsü ilə Avtovağzalda “Oxu zalı” yaradıldı.
Bu barədə Kulis.az-a “LİBRAFF” mağazalar şəbəkəsinin direktoru Cəlalə Nəzəroğlu məlumat verib.
O bildirib ki, bu addımın atılmasında əsas məqsəd Azərbaycanda oxucu kütləsini bir az daha genişləndirməkdir: “Avtovağzalın hər iki gözləmə zalında yaradılan “Oxu zalı”nda dünya və Azərbaycan ədəbiyyatından nadir nümunələr toplanıb. Burda sərinişinlər gözləmə zamanı heç bir ödəniş etmədən, çox rahatlıqla kitabları oxuya biləcəklər. "LİBRAFF" olaraq bizim məqsədimiz Azərbaycanda mütailə mədəniyyətini bir az da gücləndirmək oxuyan təbəqəni çoxaltmaqdır. Düşünürəm ki, Avtovağzal kimi insanların sıx olduğu bir yerdə “Oxu zalı” nın olması möhtəşəm bir hadisədir”.