Azərbaycanda ilk qadın jurnalı - "İşıq"

Azərbaycanda ilk qadın jurnalı - "İşıq"
17 may 2024
# 16:30

Kulis.az Südabə Məmmədovanın "Azərbaycanda ilk qadın jurnalı - "İşıq"" yazısını təqdim edir.

“İşığ”ın fəaliyyətə başlaması nəinki Azərbaycanda, ümumilikdə Şərqdə böyük hadisə idi.

Azərbaycan mətbuat tarixində ilk qadın mətbuat orqanı və həftəlik qəzet adlandırmaq daha doğru olar.

“İdarədən əxbar” başlığı adı altında dərc olunan yazılarda qəzetin fəaliyyəti haqda məlumat verilirdi.

Azərbaycan qadınları üçün ilk qəzetin hamısı Hacı Zeynəlabdin Tağıyev, məhsul katibi isə onun həya yoldaşı Sona xanım, baş redaktoru Xədicə xanım Əlibəyova, naşiri isə Mustafa bəy Əlibəyov idi.

“İşıq” nəşrə başladığı ilk gündən qadın təhsilinin, qadın hüquq və azadlıqlarının carçısına çevrildi. Burada Azərbaycanın müxtəlif yerlərindən yazan qadın imzalarına rast gəlirik. Xədicə xanım “həmşirələrim” deyə müraciət etdiyi azərbaycanlı xanımlara durmadan yazmağa və öz hüquqlarına sahib çıxmağa səsləyirdi. “İşıq” jurnalı müasir cəmiyyətdə yeni düşüncə və hədəflər üçün axtarış idi.

Maddi sıxıntıdan və material çatışmazlığından fəaliyyətini dayandırmağa məcbur oldu. Bir neçə il sonra Azərbaycan Xalq Cümhuriyyət bu ideyaları – qadın təhsilli, ictimai işlərdə, idarəçilikdə fəal olmalarına, gender bərabərliyinin həlli üçün mühüm imkanlar yaratdılar. 1918 – ci ildə İstiqlal bəyannaməsi ilə qadına seçmək və seçilmək hüququ verdi.

Müasir zamanda da qadınların inkişafında, ailədəki rolunda müəyyən çatışmazlıqlar var. Məişət zorakılığı, qızların bölgələrdə tez evləndirilməsi, təhsildən uzaqlaşdırılması hallarına rast gəlirik. Belə problemlərin aradan qalxmasında mətbuat da var gücü ilə çarpışır.

***
Azərbaycan Qadını tarixdə öz izlərini qoymuşdur.

Türk xalqlarının hökumdar qadın qəhrəmanı – Tomirs.

Ağlı və uzaqgörənliyi ilə seçilən – Möminə xatun.

Vətənpərvər, millətinin qeydinə qalan diplomat - Sara xatun

İncəsənətə yiyələnmiş rübai ustadı, şairimiz – Məshəti Gəncəvi

Ədəbi və mədəni həyatın inkişafına böyük töhfə vermiş – Xurşidbanu Natəvan v. s

Nəzərə alsaq ki, həmin dövrdə qadınlar hüquqsuz vəziyyətdə idilər və belə bir şəraitdə dövlət məsələrində, ictimai həyatda öz mövqelərini tutmuşdular.

Qadın – Ana dünyaya yeni insan bəxş edən, adət - ənənələrimizi öyrədən, vətənpərvər övlad yetişdirən, milli dəyərlərimizi uyğun tərbiyə verən uca bir varlıqdır.

Ümumiyyətlə, Azərbaycan qadınında cəsarət, alicənablıq, səbir v. s. ali keyfiyyətlər onların daxilinin nə qədər zəngin olduğunu göstərir.

***
Qəzet 22 yanvar 1911-ci il – 21 aprel 1912 – ci il tarixləri arasında nəşr edilmişdir. Ümumlikdə 47 nömrəsi (34 say 1911-ci ildə, 13 say 1912 – ci ildə olmaqla) işıq üzü görmüşdür.

“İşıq “qəzetinin 68 sayının nəşr olunduğu haqqında məlumat verildiyinə baxmayaraq, əlimizdə 47 sayı var.

Hətta Xədicə xanımın saxladığı və əlimizdə olan dəstədə də ”İşıq“ qəzetinin 1911-ci ildəki saylarının tam dəsti və 1912 – cil il üzrə ilk 12 sayı var.

1911-ci il sayları Haşım bəy Vəzirovun “Səda” mətbəəsində çap olunmuşdur.

***
Qəzetin saylarının səhifələrindən;

Rus dilində qeydə edilib : “Tip. Q. B. Vezirova, Bakı”

Azərbaycan dilində : “Bakı. Haşım bəy Vəzirovun “ Səda“ mətbəəsində çap olunub!" sözləri yazılmışdı.

***
Qəzetin 1911 – ci il 5,6,7-ci sayları 12 səhifə, qalan bütün sayları isə 8 səhifə həcmində olmuşdur.

1912 – ci ilin yanvarında “ İşıq “ qəzeti Bakı şəhər polis idarəsinin mətbəəsində çap edilmişdir.

Materialın çox az hissəsi, xüsusilə sonuncu səhifə rus dilində verilir, 1-ci , 2-ci ,3-cü səhifələr çox az hallarda isə 4-cü səhifədə reklam və ya elanlar yerləşdirilirdi.

Qəzetin bölmələri : “Təlimi-nisvan”(qadınların təlimi), “Vəzayifi-beytiyyə” (məişət məsəlləri),

Hüquqi – müslim (müsəlman qadının hüququ) və ya Bacılarına bir neçə söz “,” Təbabətə dair “,” Ədəbiyyat “,” Evdarlıq”, “Xəbərlər”, “Elanlar”.

“Məktublar” daimi başlığı olmasa da, hər nömrəsində məktublar dərc olunurdu.

İşıq (qəzet, 1911) — Vikipediya


***
Həlimə Axundova :

“Bəs bunların hamsı elimsizlikdəndir. Əgər bir övrət tayfasında elim ola, öz hüququmuzu başa düşüb, öz vəzifəmizi anlayıb bu cür bəlalara mübtəla olmarıq”.

O, qadınları kölə vəziyyətinə düşməməyə, öz hüququnu dərk etməyə çağırırdı.

İndiki dövrdə öz hüququna sahib ola bilməyən qadın ər evində xoşbəxtlik, səadət tapmır.

Əksinə, elə ki uşaq oldu, biçarənin günü qara olur. Həm ev işi, həm də uşaq saxlamaq, habelə ər zülmü ona göz açmağa imkan vermir. Savadsız bir qadın övladına təlim-tərbiyə verə bilməz.

Qəzetin müxtəlif saylarında evdarlığa dair məsləhətlər dərc edilir, cürbəcür mürəbbə və yeməklərin hazırlanması qaydalarını öyrədirdi.

Qəzetin daimi müəlliflərindən biri olan Mustafa bəy Əlibəyovun “K jenşinam musulmanam” və digər məqalələrində müsəlman qadınlarının savadsızlığını təəssüf ilə nəzərə çatdırır, uşaq tərbiyəsinin vacibliyindən söz açır .

Qəzet imkan daxilində ana dilinin təmizliyi uğrunda da mübarizə aparırdı.

“İdarədən xəbər” başlığında getmiş bir neçə yazıda müəlliflərdən xahiş olunur ki mümkün qədər öz ana dilimizdə yazıb, ərəb, fars və Osmanlı sözləri işlətməsinlər.

“İşıq “ qəzeti Həlimə xatun Axundova, Çayqıraqlı Həyat xanım, Tubu xanım Salatınzadə v.s. kimi qadın müxbirlər yetişdirmişdi.

“İşıq” qəzetində Azərbaycan türkcəsindən başqa 3 dildə (ərəb, fars, rusca) məqalələr, kəlamlar və şeirlər də dərc olunmuşdur.

1.Ərəbcə mətnlərin əksəriyyəti ayə və hədislərdən bir neçə şeir, atalar sözü, kəlamlardan ibarətdir.

2.Farsca mətnlər məqalə içərisində istifadə olunmuş şeirlərdən, bir neçə aforizmdən ibarətdir.

3. Rusca mətnin əksəriyyəti qəzetin naşiri Mustafa bəy Əlibəyovun məqalələri daha sonra elanlar, müəllifin suallarına verilmiş cavabları əhatə edir.


1911

Nömrə 1: Şənbə günü 1911 – ci il 22 yanvar.

Qəzetin idarəsi. Bakı, Çerkovnı və Spasski küçələrin küncündə, 44 nömrəli evdə.

İllik 3 manat, 6 ay 2 manat. Qeyri şəhərdə illik 4 manat, 6 aylıq 2 manat 50 q.

1 nömrənin başlığında yazılıb: İndilik həftədə bir dəfə şənbə günü nəşr olacaq, tərbiyeyi - ətfala*, ədəbiyyata, təbabət və evdarlığa dair xanımlar qəzetəsidir.

İşıq qadınlar qəzeti - Kırım'ın Sesi Gazetesi

QƏZETİN 1 - Cİ NÖMRƏSİNDƏKİLƏR :

İlk səhifədə Xədicə xanımın “Həmişərilərimizə ixtira”, “ Hüququmuz”, “Qadın (əski ağızda yeni söz) “, Şəhrəbanu xanım Şəbanzadə “Nəsil”, “

Oxumaq lazımdır”, Sona xanım Axundovanın”Kor dilənçi”, Minaxanım Məhəmmədzadə “Müsəlman qadınlarının öz uşaqlarına tərbiyəsi” əsəri çap olunub.

Daxili xəbərlər( Az tapılan fədakarlıq ) , Xarici xəbərlər (Türk xanımlarının halı) ,Portağal mürəbbəsini necə bişirməli ? , Tapmaca, sonucu səhifədə Mustafa bəy Əlibəyovanın “Müsəlman Analarına məktub” əsəri çap olunub.

# 1285 dəfə oxunub

Müəllifin son yazıları

# # #