Gənc Tamaşaçılar Teatrında PREMYERA

Gənc Tamaşaçılar Teatrında <span style="color:red;">PREMYERA
27 sentyabr 2017
# 16:22

“Cəza” monotamaşasının premyerası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Kulis.Aza verilən məlumata görə, sentyabrın 29-u saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Kiçik səhnə”sində yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” monotamaşasının premyerası baş tutacaq.

“Cəza” tək adamlıq psixoloji oyun dramıdır. Tamaşada əsas və yeganə rolu Əməkdar artist Kəmalə Hüseynova ifa edir. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, tryukların quruluşu isə İsa Əsədova məxsusdur.

Xatırladaq ki, tamaşa sentyabr ayının 7-dən 14-dək Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində ənənəvi olaraq keçirilən Türkdilli xalqların VI “Tuqanlıq” Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil etmişdir. Aktrisa Kəmalə Hüseynova festivalda “İstedadlı ifaya görə” Başqırdıstan Mədəniyyət Nazirliyinin xüsusi diplomuna layiq görülmüşdür.

# 1035 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #