İran Oskara maraqlı bir filmlə qatılacaq: “Fəridənin sorağında”

İran Oskara maraqlı bir filmlə qatılacaq: “Fəridənin sorağında”
23 avqust 2019
# 09:36

İran 92-ci “Oskar” mükafatının “Ən yaxşı xarici film” nominasiyasına namizəd olacaq filmi seçib.

Kulis.azın verdiyi xəbərə görə, bu, rejissorlar Azadə Musəvi və Kuroş Atainin çəkdiyi “Fəridənin sorağında” sənədli filmidir.

Film Niderlandda yaşayan İran əsilli qadından bəhs edir. Qadının valideynləri onu atıb, hollandiyalı ailə himayəyə götürüb. Qadın 40 il sonra əsil-nəcabətini araşdırmaq üçün İrana gedib.

Film indiyədək bir çox nüfuzlu mükafatlar alıb və mətbuatda geniş müzakirələrə səbəb olub.

# 1804 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #