Türkiyədə Azərbaycan film həftəsi müzakirə olunub

Türkiyədə Azərbaycan film həftəsi müzakirə olunub
15 fevral 2018
# 10:02

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaralla görüşüb.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, film çəkilişləri, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr müzakirə edilib.

Bu il çərçivəsində Türkiyədə Azərbaycan film həftəsinin, Azərbaycanda isə Türkiyə film həftəsinin keçirilməsi də müzakirə olunub. Eyni zamanda, bir sıra mədəni və turizm layihələrinin həyata keçirilməsi qərara alınıb.

# 947 dəfə oxunub

Müəllifin son yazıları

# # #