Arnold Şvartsenegger serialda rol alacaq.
Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə, aktyor, eks-qubernator vestern üslubunda çəkiləcək serialda oynayacaq.
Serialın adı hələ ki müəyyənləşməyib. Proyektin “Minik”, ya da “Ekipajla bir yerdə” adlanacağı düşünülür. Serialda hadisələr 1800-ci ilin sonlarına təsadüf edəcək. Süjetə əsasən, şerifin köməkçisi məşhur oğrunu ələ keçirməlidir. Ona kömək edən isə amansız marşal olacaq. Bu marşalı da Şvartsenegger oynamalıdır.
- İkinci beynəlxalq qorxu filmləri festivalı keçiriləcək
- “Narqız" animasiya filminin istehsalı yekunlaşıb
- Məşhur türk müğənnisi vəfat etdi
Xatırladaq ki, proyekt baş tutarsa bu aktyorun karyerasında ilk serial olacaq.