Moskva festivalı başa çatdı - NƏTİCƏLƏR

Moskva festivalı başa çatdı - <span style="color:red;">NƏTİCƏLƏR
30 iyun 2017
# 11:29

39-cu Moskva beynəlxalq kinofestivalı sona çatıb.

Kulis.az-ın gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, festivalin qalibi ekoloji problemlərə həsr olunan “Kəkilli quş” adlı Çin filmi olub.

“Xüsusi jüri” mükafatı isə Rusiya kinematoqrafiyasının istehsalı sayılan “The Bottomless Bag” filminə verilib.

Türkiyə istehsalı “Sarı isti” filminin rejissoru Fikrət Reyhan isə “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.

Anna Melikyan filminə görə Moskva merinin mükafatını qazanıb.

Festivalın ənənəvi olaraq hər dəfə təqdim edilən Stanislavski mükafatı aktyorluqdan rejoissorluğa keçən Mikele Plaçidoya (“Sprut” serialında komissar Kattani) təqdim olunub.

# 885 dəfə oxunub

Müəllifin son yazıları

# # #