"Oğlan evi 2" nümayiş olunacaq - VİDEO

"Oğlan evi 2" nümayiş olunacaq - VİDEO
15 noyabr 2016
# 13:53

"Oğlan evi 2" filmi dekabrın 1-dən kinoteatrlarda nümayiş olunacaq. Kulis.azın məlumatına görə filmin treyleri artıq təqdim olunub.

“Oğlan evi 2”nin rejissoru İlham Qasımovdur. Filmdə baş rollarda Elcan Rəsulov, Nicat Rəhimov və Hüseyn Əzizoğlu çəkiliblər. Eləcə də tamaşaçılar ilk filmdən sevdikləri İsi (Elşən Hacıbabayev) və Kapitan Rzayev (Qurban Məsimov) ilə də yenidən görüşəcəklər.

Film Bakıda yaşayan cənubi azərbaycanlı Pərvaz Müstəvidən (Baba) bəhs edilir. Baba (Elcan Rəsulov) və Yavər (Nicat Rəhimov) onlara miras qalmış raritet avtomobil əldən çıxandan sonra, müflis olmaq təhlükəsi ilə üz-üzə qalırlar. Beləcə, qəhrəmanlar ölkənin ən amansız avtomobil fırıldaqçıları ilə tanış olurlar.

# 1288 dəfə oxunub

Müəllifin son yazıları

# # #