Kannda qalib olmuş film Azərbaycan kinoteatrlarında

Kannda qalib olmuş film Azərbaycan kinoteatrlarında
13 iyun 2019
# 11:40

Pedro Almadovarın ilk dəfə Kann festivalında təqdim olunmuş “Ağrı və şöhrət” filmi artıq Azərbaycan kinoteatrlarında nümayişə çıxarılıb.

Kulis.az-ın verdiyi xəbərə görə, film 12 iyundan etibarən 18+ yaş senzi ilə rus dilində Cinema Plus kinoteatrlar şəbəkəsində təqdim olunur.

Xatırladaq ki, “Ağrı və şöhrət” filmi Almadovarın sayca 21-ci avtobioqrafik filmidir. Filmdə əsas rollarda məşhur kino ulduzları Penelopa Kruz və Antonio Banderas çəkiliblər. Banderas bu filmdəki roluna görə Kann kinofestivalının “Ən yaxşı kişi rolu” nominasiyasında qalibi olub.

# 1908 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #