Yuğ Teatrının repertuarında bu mövsüm nə olacaq?

Yuğ Teatrının repertuarında bu mövsüm nə olacaq?
6 sentyabr 2016
# 12:28

Azərbaycan Dövlət Yuğ Teatrı yeni mövsümə “Naməlum Axundzadə” (M.F.Axundzadə) tamaşası ilə başlayacaq. Kulis.azın teatrın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə tamaşa 20 sentyabr, saat 19:00-da nümayiş olunacaq.

“Naməlum Axundzadə” tamaşasının rejissoru Gümrah Ömər, quruluşçu rəssamı əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibatçısı isə Ramiq Mehdidir.

Tamaşada əməkdar artistlər Fərhad İsrafilov, Məmmədsəfa Qasımov, Vidadi Həsənov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Yaqut Paşazadə, aktyorlar Zümrüd Qasımova, Hikmət Rəhimov çıxış edir.

Teatrda sentyabr ayında “Rindü-şeyda”, “Medeya. Sekvensiya 001”, “Kafkadan salam”, “Məhşər günü”, “Naməlum Axundzadə” tamaşaları nümayiş olunacaq.

Yuğ teatrı cari mövsümdə L.Borxesin “Ölümsüzlük”, S.Moemin “Kilsə xidmətçisi”, Q.Makresin “Nəhəng qanadlı ahıl senyor”, O.Pamukun “Mənim adım qırmızı”, M. fon Maenbuqrun “Eybəcər”, K.Abdullanın “Bir, iki, bizimki...”, Elçinin “Cəhənnəm sakinləri”, Qan Turalının “Prokurorun 3 günü” əsərlərinə də müraciət etməyi planlaşdırır. Həmçinin mövsüm ərzində bir neçə tamaşanın bərpa olunması nəzərdə tutulur.

# 1116 dəfə oxunub

Müəllifin son yazıları

# # #