Oskara namizəd rejissor prodüserə hücum elədi

Oskara namizəd rejissor prodüserə hücum elədi
21 fevral 2018
# 10:13

Oskara namizəd Harvi Vaynşteynlə prodüseri arasında qalmaqal baş verib.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, prodüser Devid Parfitt öz kolleqası Harvi Vaynşteyni ona hücum çəkməkdə günahlandırıb.

Hadisə “7 gün və bir gecə Merilin” filmində baş verib. Prodüserin dediyinə görə, səhnələrin birindən narazı qalan Vaynşteyn qəzəblənib və hirslə onun üstünə hücum çəkib.

Vaynşteyin ittihamın qarşılığında prodüserlə film üzərində tez-tez münaqişələrinin olduğunu söyləsə də üstünə hücum çəkilmək məsələsi təsdiq etməyib.

Xatırladaq ki, bu yaxınlarda Vaynşteyni seksual təcavüzdə günahlandırmışdılar.

# 876 dəfə oxunub

Müəllifin son yazıları

# # #