Kann festivalının mükafat mərasimi başlayıb

Kann festivalının mükafat mərasimi başlayıb
19 may 2018
# 22:42

71-ci Kann kinofestivalının mükafatlandırma mərasimi başlayıb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu dəqiqələrdə davam edən mərasimdə artıq ən yaxşı qadın rolu nominasiyasında mükafat öz sahibinə təqdim olunub.

Bu, rus rejissoru Sergey Dvortsovun “Ayka” filmində baş qəhrəmanı oynayan qazax aktrisa Samal Eslyamovadır.

Samal Eslyamova filmdə Moskvada yaşayan qırğız miqrantı oynayıb.

“Ən yaxşı soundtrək” nominasiyası üzrə mükafatı rus rejissor Kirill Serebrennikovun “Yay” filmi qazanıb.

Saundrtrəkin müəllifləri “Zveri” rok-qrupunun üzvləri Roman Bilık və German Osipovdur.

Qaliblərin fotoları qrupun rəsmi İnstagram səhifəsində paylanılıb.

Baş rollardan birini Roman Bilık canlandırır.

Premyera günü tamaşaçılar filmi ayaq üstə alqışlayıblar.

“Yay” “Kino” qrupunun lideri Viktor Soy və onun musiqiçi Mayk Naumenko ilə həyat yoldaşı Nataliya arasındakı münasibətdən bəhs edir.

Rejissor Kirill Serebrennikob Kannda filmini təqdim edə bilməyib. O, büdcə vəsəitini mənimsəməkdə ittiham olunduğu üçün Rusiyada eb həbsindədir.

Mükafatlandırma mərasimi davam edir.

# 1710 dəfə oxunub

Müəllifin son yazıları

# # #