Emir Kusturiça Çingizxandan film çəkəcək

Emir Kusturiça Çingizxandan film çəkəcək
3 iyun 2019
# 10:28

Məşhur rejissor Çingizxandan film çəkəcəyini açıqlayıb.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, serb rejissoru çəkəcəyi filmin planları haqda danışıb.

“Bu bir adam haqda möhtəşəm bir film olacaq. Çingizxanı nə burda, nə də Qərbdə sevmirdilər” – rejissor Rusiyadakı “Qəhrəman və zaman” festivalında film haqqında bunları söyləyib.

Filmin əsası Çingiz Aytmatovun əsərlərinin motivi əsasında qurulub. E.Kusturiça Çingiz Aytmatovun əsərlərini də bəyəndiyini bildirib: “Həm rusların, həm də qırğızların çox yaxşı yazıçısıdır”.

Rejissorun verdiyi məlumata görə, filmin bir çox səhnələri Sibirdə, yaxud da Qafqazda çəkiləcək.

Xatırladaq ki, film yaxın günlərdə ekranlara çıxacaq.

# 2055 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #