Yeni "Kurtlar Vadisi" təqdim olundu

Yeni "Kurtlar Vadisi" təqdim olundu
29 sentyabr 2017
# 10:25

Almaniyanın Köln şəhərində yayımlanan “Kurtlar Vadisi Vatan” filmi böyük marağa səbəb olub.

Kulis.Azın türk mətbuatına istinadən verdiyi xəbərə görə, “Cinedom Köln”də nümayiş olunan filmin qala gecəsində baş rol ifaçısı Necati Şaşmaz, Sinem Uslu, Cahit Kayaoğlu, Erhan Ufak iştirak ediblər.

Nümayiş öncəsi mətbuat konfrasında Necati Şaşmaz filmin Almaniyada qadağa olunmaq istəyindən danışdı və əlavə etdi ki, Hollandiyada da bu istək var: “Belə bir şeyin olacağına o qədər inanmıram. Avropanın demokratik olduğunu deyirlər. Baxaq görək, demokratikdirlər, yoxsa deyillər”.

Daha sonra Necati Şaşmaz serial həvəskarlarına xitabən əlavə elədi ki, serialın adını “Kurtlar Vadisi Xaos” olaraq dəyişdiriblər.

# 1062 dəfə oxunub

Müəllifin son yazıları

# # #