Dahi rejissor Kanndan imtina etdi

Dahi rejissor Kanndan imtina etdi
21 may 2014
# 12:07

Dünya kinosunun klassiki Jan Lyuk Qodar 67-ci Kann festivalına qatılmaqdan imtina edib.

Rejissorun “Əlvida dil” bu il festivalın əsas müsabiqəsində iştirak edir.

“Kannda bekarçılıqdır. Mən artıq orda olmuşam və bilirəm ki, ordakılar ancaq bunu eləyir: kinoya baxırlar, sonra isə müəlliflərə filmlərinin necə yaxşı olduqlarını deyirlər”.

Bundan başqa Qodar mükafatları qəbul etmədiyini deyib: “İstərdim ki, ümumiyyətlə, heç bir mükafat olmasın. Və onların kinematoqrafiyaya etdiyi xidmətlərə görə rejissorlara mükafat vermək öhdəçiliyi olmasın. Bizim dövrümüzdə bu, təhqiramizdir. Mənim 5-6 mükafatım, hətta Oskarım var”.

# 1915 dəfə oxunub

Müəllifin son yazıları

# # #