Məşhur fransız aktyor vəfat edib

Məşhur fransız aktyor vəfat edib
9 oktyabr 2017
# 16:34

Məşhur fransalı aktyor Jan Roşfor 87 yaşında vəfat edib.

Trend-in məlumatına görə, o, Paris xəstəxanalarının birində dünyasını dəyişib.

Onun ölüm səbəbi barədə məlumat verilməyib.

Qeyd edək ki, J.Roşfor 1950-ci illərdə aktyorluq karyerasına başlamışdı. O, “Varis”, “Möhtəşəm Anjelika”, “Fanfan-zanbaq”, “Qara çəkməli hündür sarışın” və digər filmlərdəki rolları ilə şöhrət qazanmışdı.

# 943 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #