Məşhur aktyorun nəvəsi öldürüldü

Məşhur aktyorun nəvəsi öldürüldü
17 avqust 2015
# 09:42

Məşhur aktyor Morqan Frimanın 33 yaşındakı ögey nəvəsi Edena Hines öldürülüb. Kulisin türk mətbuatına istinadən verdiyi məlumata görə aktyorun nəvəsi şeytan çıxartma mərasimində öldürülüb.

Səhər üç radələrində hadisə yerinə gələn polis Edenanı Vaşinqtonda yaşadığı binanın önündə ölü tapıb. Bir neçə bıçaq zərbəsi alan Hinesin keçmiş sevgilisi tərəfindən öldürüldüyü ehtimal olunur. Polis hadisə yerinə gələndə o qorxmuş halda şeytan qovurmuş. Bəzi şahidlər isə onun “Həzrəti İsa doğuldu” deyə qışqırdığını söyləyirlər.

Frimanın ilk həyat yoldaşı Jeanette Adair Bradshawun nəvəsi olan Hines məşhur aktyorla ikinci həyat yoldaşı Myrna Colley-Lee tərəfindən böyüdülüb. 2009-cu ildə Frimanın ögey nəvəsi ilə 10 ildir sevgili olduğu və evlənəcəkləri barədə şayiələr yayılmışdı.

# 940 dəfə oxunub

Müəllifin son yazıları

# # #