Rüstəm İbrahimbəyovun filmində "Qanuni oğru" niyə çəkildi?

Rüstəm İbrahimbəyov, yazıçı-ssenarist

Rüstəm İbrahimbəyov, yazıçı-ssenarist

16 fevral 2022
# 12:10

Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu məşhur “Səhranın bəyaz günəşi” filmi ilə bağlı maraqlı bir məqam ortaya çıxıb.

Kulis.az-ın verdiyi məlumata görə, Dağıstanın Kaspiysk şəhərində kino çəkilişləri olan zaman aktyorların paltarları və filmin baş qəhrəmanı Suxovun saatı oğurlanıb. Rejissor Vladimir Motil polisə müraciət edərək itən əşyaların tapılmasını tələb edib. Ancaq məsələyə polisin qarışması belə heç bir müsbət nəticə verməyib.

Bundan sonra Vladimir Motil həmin şəhərdə Əli ləqəbli “qanuni oğru”ya müraciət etmək məcburiyyətində qalıb. Həmin vaxt Əli həmin şəhərin “nəzarətçi”si imiş. Nəhayət o, əşyaları tapıb və aktyorlara qaytarıb. Əvəzində isə Əlini həmin filmdə epizodik bir rola çəkiblər.

Lent.az

# 3868 dəfə oxunub

Müəllifin son yazıları

# # #