"Oskar"lı aktyor: "Süni intellektdən daha qeyri-insani bir şey ola bilməz"

"Oskar"lı aktyor:  "Süni intellektdən daha qeyri-insani bir şey ola bilməz"
10 iyul 2024
# 11:00

1996-cı ildə "Las-Veqası tərk edərkən" filminə görə "Oskar" qazanan məşhur aktyor Nikolas Keyc Hollivudda süni intellektin istifadəsindən danışıb .

Kulis.az xəbər verir ki, "The New Yorker"də dərc olunan müsahibəsində Keyc üzərində işlədiyi şou və film üçün "skan ediləcəyini" paylaşdıqdan sonra süni intellektlə bağlı narahatlığını dilə gətirib .

Keyc "Məni kompüterə yerləşdirib göz rəngimə uyğunlaşdırıb dəyişmələri lazımdır; bilmirəm. Rəqəmsal süni intellekt vasitəsilə bədənimi oğurlayıb onunla istədiklərini edəcəklər. Ümid edirəm ki, bu, süni intellekt deyil. .Mən süni intellektdən çox qorxuram. Sənətkarların gələcəyi necə olacaq? Onları nə əvəz edəcək? Yaxşı, mən öləndə bədənimə və üzümə nə edəcəksən? İstəmirəm onunla nəsə edəsən! Süni intellekt mənim üçün kabusdur. Bu, insanlıqdan kənardır. Süni intellektdən daha qeyri-insani bir şey ola bilməz" - deyə bildirib.

Qeyd edək ki, aktyor ötən il “Köhnə yol”, “Renfild”, “İblisə simpatiya”, “Xəyal ssenarisi” və “Təqaüd planı” kimi beş filmdə rol alıb.

# 951 dəfə oxunub

Müəllifin son yazıları

# # #