"Ən yaxşı beynəlxalq bədii film" nominasiyası üzrə 2027-ci il "Oskar" mükafatına namizədlərin müəyyənləşdirilməsi prosesinə start verilib.
Kulis.az xəbər verir ki, 14 mart 2027-ci il tarixində Los-Ancelesdəki "Dolby" teatrında keçiriləcək 99-cu "Oskar" mükafatlandırma mərasimində bu kateqoriya üzrə yarışacaq filmlərin təqdimat müddəti 30 sentyabr 2026-cı il tarixinədək davam edəcək.
Qaydalara əsasən, bu nominasiyaya ABŞ-dən kənarda istehsal olunmuş, müddəti 40 dəqiqədən çox olan və dialoqlarının yarıdan çoxu ingilis dilində olmayan ekran işləri qəbul edilir.
Filmlər 1 oktyabr 2025 – 30 sentyabr 2026-cı il tarixləri arasında öz ölkələrində kommersiya nümayişinə girməlidir.
Əvvəlki illərdən fərqli olaraq, artıq nüfuzlu beynəlxalq festivallarda (Kann, Venesiya, Berlin, Sandens, Toronto, Busan) mükafat qazanan qeyri-ingilisdilli filmlər də birbaşa seçimlərə qatılmaq hüququ əldə edir.
Qeyd edək ki, müsabiqə cədvəlinə əsasən, 15 filmdən ibarət qısa siyahı 15 dekabr 2026-cı ildə, yekun 5 namizəd isə 21 yanvar 2027-ci ildə elan olunacaq.
"Oskar" mükafatının namizədləri müəyyənləşir
Müəllifin son yazıları
Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya - Prezident Kitabxanasında
17:30
14 avqust 2026
“Səninlə birgə var olmayan dənizlərə üzəcəyəm” - "Time to say goodbye" necə yarandı?
17:00
14 avqust 2026
Parisin marinist rəssamı - Klod Cozef Vernenin məşhur əsərləri
16:30
14 avqust 2026